Xəzər Xəbər

Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Dünya | 09:20 • 14 İyul 2024
Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb.

Xezerxeber.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə “Indian Defence” məlumat yayıb.

Bildirilir ki, rəsmi Dehli ilk dəfədir, tamamilə Hindistanda dizayn edilmiş və istehsal olunmuş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.

Xəbər lenti

Çox oxunanlar