Xəzər Xəbər

Trampa qarşı sui-qəsd təşkil edən şəxs öldürülüb

Dünya | 08:09 • 14 İyul 2024
Trampa qarşı sui-qəsd təşkil edən şəxs öldürülüb

ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının bu ilki prezident seçkilərində real namizədi Donald Trampa qarşı təşkil olunmuş  sui-qəsd zamanı bir nəfər ölüb. 

Xezerxeber.az-ın verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Batler şəhərinin prokuroru açıqlama yayıb.

Bildirilir ki, sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı ölüb. İnsidentin detalları hələlik açıqlanmayıb.

Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şəraitdə olduğuna dair məlumat yayıb. Ağ Ev isə Prezident Co Baydenin baş vermiş hadisə ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

“New York Post” qəzeti isə öz mənbələrinə istinadən məlumat yayıb ki, ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.

20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.

NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.

Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə "AR-15" tüfəngi aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar