Ermənistanın ətraf mühit nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
O, məhkəmədən vəzifəsinə bərpa olunmasını və işdən çıxarıldığı andan ötən müddət üçün təzminat verilməsini tələb edib.
Q. Qabrielyan martın 24-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə işdən çıxarılıb.