Xəzər Xəbər

Nigeriyada məktəb binası çöküb, azı 22 nəfər ölüb

Dünya | 12:09 • 13 İyul 2024
Nigeriyada məktəb binası çöküb, azı 22 nəfər ölüb

Nigeriyada məktəb binasının çökməsi nəticəsində azı 22 nəfər həlak olub, 132 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Deutsche Presse-Agentur" (DPA) agentliyi xəbər yayıb ki, qəza Nigeriyanın mərkəzində yerləşən Plato əyalətindəki “Saint Academy” orta məktəbində dərs zamanı baş verib. Hakimiyyət orqanları ölənlərin və yaralananların əksəriyyətinin şagirdlər və müəllimlər olduğunu bildirib.

Qeyd edək ki, səhlənkarlıq, tikinti qaydalarına riayət edilməməsi və keyfiyyətsiz materiallar Nigeriyada binaların mütəmadi olaraq dağılması ilə nəticələnir. 2021-ci ildə tikilməkdə olan binanın uçması nəticəsində azı 45 nəfər həlak olmuşdu.

Xəbər lenti

Çox oxunanlar