Xəzər Xəbər

Ukrayna Rusiyada neftbazaya hücum edib

Dünya | 10:16 • 13 İyul 2024
Ukrayna Rusiyada neftbazaya hücum edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Simlyansk rayonundakı neftbazaya dronlarla hücum edib.

Xezerxeber.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev neft bazasına hücum nəticəsində yanğın olduğunu təsdiqləyib.

Rusiya KİV-nin məlumatına görə, Ukraynanın Xerson vilayətində partlayış olub.

Xəbər lenti

Çox oxunanlar