Xəzər Xəbər

Yunanıstan Kiyevə “Patriot” və "S-300" sistemləri verməyəcək

Dünya | 12:33 • 12 İyul 2024
Yunanıstan Kiyevə “Patriot” və "S-300" sistemləri verməyəcək

Yunanıstan Ukraynaya ABŞ istehsalı “Patriot” və Rusiya istehsalı "S-300" zenit-raket kompleksləri göndərmək niyyətində deyil.

Xezerxeber.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə NATO-nun Vaşinqton sammitindən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, həmçinin Yunanıstanın Kiyevə "F-16" qırıcıları göndərməyi planlaşdırmadığını da təsdiqləyib. Kiriakos Mitsotakis Afinanın Kiyevə dəstək üçün Ukraynaya digər silahlar verdiyini bildirib.

Xəbər lenti

Çox oxunanlar