Almaniya, İtaliya, Polşa və Fransa 500 kilometrdən çox mənzilli qanadlı raketlərin birgə işlənib hazırlanmasına dair niyyət sazişi imzalayıb.
Xezerxeber.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, sənəd NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində ölkələrin müdafiə nazirləri tərəfindən imzalanıb. Sazişin məqsədi Avropa arsenalındakı boşluğu doldurmaqdır.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti yazır ki, sazişdə məhsulun işlənib hazırlanması niyyəti nəzərdə tutulur. Müdafiə sahəsində əməkdaşlığın detalları barədə isə ölkələr hələ razılığa gəlməlidir. FAZ-ın məlumatına görə, uçuş məsafəsi 1 min kilometrdən çox olan şərti (qeyri-nüvə) kompleksin yaradılması planlaşdırılır.