Xəzər Xəbər

ABŞ və müttəfiqləri Ukraynaya əlavə HHM sistemləri tədarük edəcəklər

Dünya | 09:09 • 10 İyul 2024
ABŞ və müttəfiqləri Ukraynaya əlavə HHM sistemləri tədarük edəcəklər

ABŞ və müttəfiqləri Ukraynaya 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük edəcək. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, bununla bağlı ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderlərinin birgə bəyanatı olub.

Bildirilir ki, yardım paketinə “Patriot” batareyaları, onları işə salmaq üçün komponentlər və SAMP-T sistemləri daxildir. Bəyanata əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbçiləri hava hücumundan qorumağa imkan verəcək. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədilər.

“Biz həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək işinə dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, - deyə bəyanatda qeyd olunur.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024