Xəzər Xəbər

Ermənistanda partiya sədri hökumətin Qərb siyasətini ifşa edib

Dünya | 19:12 • 9 İyul 2024
Ermənistanda partiya sədri hökumətin Qərb siyasətini ifşa edib

Ermənistan hakimiyyəti “anti-Rusiya oyunları” vasitəsilə Qərbdən şəxsi dividendlər almaq istəyir.

Xezerxeber.az “Sputnik-Armenia” agentliyinə istinadla xəbər verir ki, bu barədə erməni politoloqu və Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants İrəvandakı Mətbuat mərkəzində keçirdiyi brifinqdə amerikalı parlamentarilərin Ermənistana səfərini şərh edərkən bildirib.

Senator Rocer Uikerin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti iyulun əvvəlində Ermənistana səfər edib. Ermənistan Milli Assambleyasında baş tutan görüşdən sonra erməni spiker və ABŞ konqresmenləri brifinq keçirərək “rus ayısı”nın təhlükəsi barədə xəbərdarlıq ediblər.

Surenyantsın sözlərinə görə, parlamentdəki brifinq zamanı tərəflərin İrəvanla Vaşinqton arasında əməkdaşlığın müxtəlif aspektləri barədə danışacağı gözlənilirdi. O deyib: “Ancaq biz gördük ki, Ermənistana gələn amerikalı tərəfdaşlar İrəvanın Rusiya əleyhinə bəyanatlarına diqqət yetirib, hələ bunlar azmış kimi, Azərbaycanı da Rusiya əleyhinə mövqe tutmağa çağırıblar”.

Siyasətçinin sözlərinə görə, bu bəyanatların iki mənası var: “Birincisi, Ermənistanın subyektivliyi o qədər kiçikdir ki, xarici tərəfdaşlar da buna bənzər mənfur münasibət nümayiş etdirirlər. İkincisi, Ermənistan hakimiyyətinin Qərb siyasəti sırf anti-Rusiya xətti üzərində qurulub və amerikalı konqresmenlərlə görüşdə heç bir faydalı gündəm olmayıb. Baxmayaraq ki, inkişaf baxımından tərəflərin müzakirə edəcəyi çoxlu sahə var”.

Surenyants daha sonra deyib: “Ancaq bizim hakimiyyət anti-Rusiya oyunları yolu ilə Brüssel və Vaşinqtondan dividendlər almağa qərar verdilər və bunun ölkəyə, vətəndaşlara heç bir faydası olmayacaq. Qərblə bizim institusional əlaqələrimiz yoxdur. Məqsəd Ermənistan üçün dağıdıcı ola biləcək anti-Rusiya kursu vasitəsilə Vaşinqtonu və Brüsseli razı salmaqdır”.

Onun sözlərinə görə, hakimiyyət daim Avropaya inteqrasiyadan danışır, Aİ-yə daxil olmaq üçün referendum keçirmək istəyir. Halbuki, 2017-ci ildə imzalanmış Ermənistan-Avropa İttifaqı sazişi müddəalarının cəmi 40-45 faizi yerinə yetirilib. 

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024