Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində 12 nəfər həlak olub.
“The Times of India” saytı yazır ki, ölkədə son 24 saat ərzində leysan yağışları və ildırım çaxması ilə müşayiət olunan tufan yeddi rayona təsir edib.
Məlumata görə, ildırım vuran insanların çoxu tarlalarda işləyən və yağış zamanı ağacların altına sığınanlar olub.
Qeyd edək ki, hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.