Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri hücum zamanı 40-dan çox müxtəlif tipli raketlərdən istifadə edib. Nəticədə yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.