Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.
Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, o, bu fikirləri Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktubunda qeyd edib.
“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.