Xəzər Xəbər

Ermənistanda ehtiyatda olan hərbi qulluqçular təlimə çağırılır

Dünya | 12:50 • 4 İyul 2024
Ermənistanda ehtiyatda olan hərbi qulluqçular təlimə çağırılır

Ermənistan hökuməti hərbi toplantıların keçirilməsi ilə bağlı qərar qəbul edib. 

Xezerxeber.az-ın məlumatına görə, qərarla 2024-cü il avqustun 1-dən oktyabrın 25-dək ehtiyatda olan birinci və ikinci dərəcəli hərbi qulluqçuların, gizir və zabitlərin təlim-məşq toplanışı elan edilib.

Təlimlər ehtiyatda olan hərbi qulluqçuların döyüş qabiliyyətinin yüksəldilməsi, peşə hazırlığı, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması, döyüş növbətçiliyinə cəlb edilməsi məqsədilə keçirləcək.

Xəbər lenti