Xəzər Xəbər

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Dünya | 11:37 • 4 İyul 2024
Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Respublikaçılar partiyasının namizədi, ABŞ-nin sabiq prezidenti Donald Trampın fikrincə, iyunun 27-də keçirilən uğursuz debatdan sonra hazırkı dövlət başçısı Cozef Bayden öz namizədliyini geri götürəcək.

“The Daily Beast” portalı yazır ki, Donald Tramp bundan sonra Demokratlar partiyasının vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürəcəyini və onunla rəqabət aparmağın daha asan olacağını düşünür.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayın sonlarında təsdiqləməlidir.

Xəbər lenti