Xəzər Xəbər

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Dünya | 20:53 • 3 İyul 2024
Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir.

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, - deyə Mirzoyan vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar