Xəzər Xəbər

Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

Dünya | 14:09 • 3 İyul 2024
Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

İyulun 3-də səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücum nəticəsində azı 3 mülki şəxs həlak olub, 18 nəfər isə xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov bildirib.

O deyib ki, xəsarət alanlardan biri 14 yaşlı uşaqdır.

Pilotsuz təyyarələrin və raketlərin hücumu nəticəsində Dneprdə bir neçə yanğın baş verib.

Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk hücum nəticəsində ticarət mərkəzlərindən birinə ziyan dəydiyini təsdiqləyib. Avtomobillərə və yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib.

Xəbər lenti

Çox oxunanlar