Xəzər Xəbər

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya | 13:52 • 3 İyul 2024
Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Ötən il Çin və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 41 milyard dolları ötüb ki, bu da rekord göstəricidir.

Xezerxeber.az “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə aparılan danışıqlar zamanı bildirib.

Tokayevin sözlərinə görə, hazırda 45 birgə investisiya layihəsi həyata keçirilir. Bu layihələrin ümumi dəyəri 14,5 milyard dollardır.

"Layihələr sənaye, energetika, nəqliyyat, tranzit, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Eyni zamanda, iki ölkə arasında mədəni-humanitar əlaqələr də fəallaşıb", - deyə Kasım-Jomart Tokayev əlavə edib.

Xəbər lenti

Çox oxunanlar