Xəzər Xəbər

Çin Xarici İşlər Nazirliyi Finlandiya Prezidentinə cavab verib

Dünya | 13:41 • 3 İyul 2024
Çin Xarici İşlər Nazirliyi Finlandiya Prezidentinə cavab verib

Çin Xarici İşlər Nazirliyi Finlandiya Prezidenti Aleksandr Stubba cavab verib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskvanın Pekindən asılılığından danışan Finlandiya Prezidentinə Rusiya və Çinin müstəqil dövlətlər olduğunu xatırladıb. 

“Gəlin ondan başlayaq ki, Çin və Rusiya müstəqil böyük dövlətlərdir, Çin Ukrayna böhranının yaradıcısı deyil, onun tərəfi də deyil”, - Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, Pekin Ukrayna böhranı məsələsində Moskva ilə qarşılıqlı əlaqəni davam etdirəcək.

Qeyd edək ki, Finlandiya Prezidenti Çinin Rusiyaya bir telefon zəngi ilə Ukraynadakı münaqişəni həll edə biləcəyini bəyan edib. Onun fikrincə, Moskva Pekindən asılıdır və əgər Si Cinpin sülh danışıqlarına başlayın desə, o zaman Rusiya buna məcbur olacaq. (APA)

Xəbər lenti

Çox oxunanlar