Xəzər Xəbər

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

Dünya | 12:11 • 3 İyul 2024
Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin-Avropa Transxəzər ekspress marşrutunun açılış mərasimində iştirak ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb.

Dövlət başçıları açılış mərasiminə videobağlantı ilə qoşulublar.

Qeyd edək ki, iyulun 2-də ÇXR lideri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb.

Xəbər lenti