Xəzər Xəbər

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Dünya | 10:54 • 3 İyul 2024
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 121 nəfərə çatıb.

“Times of İndia” xəbər yayıb ki, ölənlərin arasında uşaqlar da var. Hadisə vaxtı havanın isti olması ölüm hallarının artmasına səbəb olub.

Qeyd edək ki, iyulun 2-də dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın toplaşdığı faciə yerində kriminalistlər və məhkəmə ekspertləri işləyir. Məlumata görə, böyük izdihamı idarə etmək üçün hadisə yerinə cəmi 40 polis göndərilmişdi.

Tədbirin təşkilatçılarına qarşı cinayət işi açılıb. Polis hadisədən sonra gizlənən vaizi axtarışa verib. Onun xeyriyyə fondunun ofisində və evində axtarış aparılıb.

Xəbər lenti

Çox oxunanlar