Xəzər Xəbər

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yeni yardım paketi ayıracaq

Dünya | 09:04 • 3 İyul 2024
ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yeni yardım paketi ayıracaq

ABŞ tezliklə Ukraynaya 2,3 milyard dollar məbləğində yeni yardım paketi ayıracaq.

Xezerxeber.az-ın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Pentaqonda müdafiə katibi Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında görüş keçirilib. Görüşdə Pentaqon rəhbəri ABŞ-nin Ukraynaya dəstəyi davam etdirmək prinsipinə tam sadiq olduğunu qeyd edib.

Məlumatda o da qeyd olunur ki, yeni paketə Ukrayna şəhərlərini və mülki əhalisini qorumaq üçün təcili ehtiyac duyulan hava hücumundan müdafiə vasitələri, o cümlədən artilleriya və tank əleyhinə silahlar daxildir.

Xəbər lenti

Çox oxunanlar