Xəzər Xəbər

Gürcüstanda qırıcı qəzaya uğrayıb, pilot həlak olub YENİLƏNİB

Dünya | 15:18 • 2 İyul 2024
Gürcüstanda qırıcı qəzaya uğrayıb, pilot həlak olub

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində baş vermiş aviaqəza ilə bağlı məlumat yayıb.

Xezerxeber.az-ın “Sputnik Georgia”ya istinadən məlumatına görə, Müdafiə Nazirliyi Silahlı Qüvvələrə məxsus “Su-25” qırıcısının qəzaya uğradığı açıqlanıb.

Bildirilib ki, nəticədə hərbi pilot Kaxaber Zurabişvili həlak olub.

Nazirliyin rəsmi açıqlamasında hazırda ərazidə hadisənin səbəblərinin araşdırılması üzrə müvafiq işlərin həyata keçirildiyi də qeyd olunub.

15:07

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə Bolnisinin Disveli kəndi istiqamətində baş verib.

Məlumata görə, qəza zamanı pilot həlak olub. 

Disveli kənd meriyasının nümayəndəsi hadisəni təsdiqləyib.

Xəbər lenti