Xəzər Xəbər

Macarıstanın Baş naziri Ukraynaya səfər edəcək

Dünya | 09:12 • 2 İyul 2024
Macarıstanın Baş naziri Ukraynaya səfər edəcək

Macarıstanın Baş naziri Viktor Orban çərşənbə axşamı Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

Qəzet qeyd edib ki, bu, Viktor Orbanın silahlı münaqişə başlayandan sonra Ukraynaya ilk səfəri olacaq. 

Macarıstanın Baş nazirinin Zelenski ilə yanaşı, digər Ukrayna rəsmiləri ilə də görüşəcək. Məlumatda həmçinin Macarıstan hökumətinin qonşu ölkəyə silah tədarükünün əleyhinə və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu yazılıb.

Qeyd edək ki, səfər Macarıstanın Aİ Şurasına sədrlik etməsindən bir gün sonra və Brüsseldə keçirilən Aİ sammitində Orban və Zelenski arasında keçirilən ikitərəfli görüşdən bir həftə sonra baş tutacaq.

Xəbər lenti

Çox oxunanlar