Xəzər Xəbər

Paşinyan Ermənistandakı demokratiyanın keyfiyyətindən narazıdır

Dünya | 14:44 • 1 İyul 2024
Paşinyan Ermənistandakı demokratiyanın keyfiyyətindən narazıdır

Biz Ermənistanda mövcud olan demokratiyanın keyfiyyətindən narazıyıq. Xüsusən də, mənim fikrimcə, yerli özünüidarə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 1-də “Demokratiya naminə Ermənistan Forumu”nda müzakirələr zamanı söyləyib.

“Bizim üçün demokratiya şərait məsələsi deyil, strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”, - deyə Nikol Paşinyan vurğulayıb.

Baş nazir ölkəsində söz və mətbuat azadlığının da çox aşağı və qorxunc səviyyədə olduğunu bildirib.

O deyib: “Elə etməliyik ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən “şok edən cadugər” kimi yox, “yaxşı görünüşlü qonaq” kimi qəbul edilsin”.

Xəbər lenti