Xəzər Xəbər

Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb

Dünya | 12:11 • 1 İyul 2024
Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb

Fransada parlament seçkilərin birinci turunun nəticələri açıqlandıqdan sonra etiraz aksiyaları başlayıb.

Xezerxeber.az xəbər verir ki, Lion şəhərinin mərkəzində nümayişçilər yanğınlar törədib, mağazaların vitrinlərini sındırıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Parisdəki Respublika meydanında iğtişaşçılar baş verib. Nümayişçilər seçkilərdə liderlik edən Milli Birlik partiyasının əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, sağçı Milli birlik partiyası 33,4 faiz səs toplayaraq birinci turun qalibi olub.

Xəbər lenti

Çox oxunanlar