Xəzər Xəbər

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Dünya | 13:13 • 1 İyul 2024
NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

NATO Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya da daxil olmaqla Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə davam edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib.

"Biz tərəfdaşlığımızı mənalı etməliyik", - deyə Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, söhbət silahlara nəzarət, texnologiyanın inkişafı, kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsindən gedir.

NATO-nun Tokioda ofisinin açılması perspektivlərindən danışan Baş katib Şimali Atlantika Alyansının iyulda keçiriləcək sammitində bununla bağlı qərarın verilməyəcəyini bildirib.

Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Baş nazir Fumio Kişida artıq iki dəfə alyans sammitlərində iştirak edib. NATO-nun Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Xəbər lenti