Xəzər Xəbər

Netanyahunun müşavirindən Fələstini dövlət kimi tanıdığına görə Ermənistana təhdid

Dünya | 20:05 • 21 İyun 2024
Netanyahunun müşavirindən Fələstini dövlət kimi tanıdığına görə Ermənistana

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.

Xezerxeber.az-ın xəbərinə görə, Gendelman bu barədə özünün “Telegram” hesabında yazıb.

Onun sözlərinə görə, “Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır”. 

“Bu addım uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcək”, - o qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini rəsmən tanındığı barədə bəyanat yayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar