Xəzər Xəbər

Türkiyə Rusiyaya "Krokus"dan sonra ikinci terror aktının qarşısını almağa KÖMƏK ETDİ

Dünya | 09:01 • 18 İyun 2024
Türkiyə Rusiyaya "Krokus"dan sonra ikinci terror aktının qarşısını almağa

Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

"Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı", - qəzetin köşə yazarı Hande Fırat yazıb.

Xəbər lenti