Ermənistanın İranın Təbriz şəhərində baş konsulluq açmasına qərar verilib.
Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəliyi yerləşdirmək niyyətindədir.
Mirzoyan qeyd edib ki, Təbrizdən əlavə Kiprdə, Serbiyada da konsulluq açılacaq. Hazırda bununla əlaqədar işlər görülməkdədir.
Ermənistan xarici işlər naziri eyni zamanda Macarıstanla ikitərəfli qaydada səfirliklərin fəaliyyətə başlamasının qərar alındığını deyib.