Xəzər Xəbər

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub FOTO

Dünya | 19:05 • 1 İyun 2024
Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.

“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

Xəbər lenti

Çox oxunanlar