Xəzər Xəbər

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Dünya | 09:30 • 1 İyun 2024
Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

NATO iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın alyansa qəbulunu sürətləndirmək üçün konkret addımlar atacaq.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Sammitdə biz Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün konkret addımlar atacağıq və onun üzvlüyünə körpünün olmasına əmin olacağıq", - deyə o, Praqada ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 9-11-də ABŞ paytaxtında keçiriləcək.

ABŞ dövlət katibinin sözlərinə görə, NATO “gələcəkdə Ukraynaya ola biləcək təcavüzü effektiv şəkildə dəf etməyə və lazım gələrsə, özünü müdafiə etməyə qadir qüvvə yaratmağa kömək edəcək”. “Biz Ukraynanın NATO-ya gələcək inteqrasiyası ilə məşğul olacağıq, 32 ölkə Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişlərinin bağlanmasını müzakirə edir, 13-ü artıq onları bağlayıb”, - deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin sentyabrında sürətləndirilmiş əsaslarla Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib.

Xəbər lenti

Çox oxunanlar