Xəzər Xəbər

Ermənistan polisi arxiyepiskop Baqrata xəsarət yetirib SAXLANILANLAR VAR

Dünya | 16:40 • 31 May 2024
Ermənistan polisi arxiyepiskop Baqrata xəsarət yetirib

İrəvanda xüsusi təyinatlı polis qüvvələri arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirib.

Xezerxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Milli Cəbhə” sosial şəbəkələrdə məlumat yayıb.

Bundan əlavə, din xadimləri saxlanılıb, Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən aksiyanı işıqlandıran bəzi jurnalistlər döyülüb.

Polisin 16 nəfəri saxladığı bildirilir.

Ermənistanın Xarici İşlər Nazirliyinin binası yaxınlığında isə saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.

Bu barədə "Sputnik-Armeniya"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Çox oxunanlar