Xəzər Xəbər

Ermənistanda kilsə əmlakı vergiyə cəlb edilə bilər

Dünya | 12:16 • 31 May 2024
Ermənistanda kilsə əmlakı vergiyə cəlb edilə bilər

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlayırlar.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Mülki müqavilə” partiyasından deputat Tsovinar Vardanyan bildirib ki, hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə iş artıq aparılır: “Kilsə vergi ödəyicisidir, lakin söhbətin nədən getdiyini anlamaq lazımdır. Ola bilsin kilsə işçiləri gəlir vergisi ödəyirlər, bu, yaxşıdır. Amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı araşdırırlar”.

Xəbər lenti

Çox oxunanlar