Xəzər Xəbər

Olaf Şolts Ukrayna ilə bağlı gözlənilməz bəyanat verib

Dünya | 13:38 • 31 May 2024
Olaf Şolts Ukrayna ilə bağlı gözlənilməz bəyanat verib

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı münaqişədə alman əsgərlərinin iştirakını istisna edib.

“Welt” qəzeti yazır ki, kansler Almaniyanın Ukraynaya əsgərləri ilə daxil olmaq istəmədiyini deyib.

Olaf Şolts bunun Ukrayna üzərində uçuşa qadağan zonanın yaradılması ilə bağlı ehtiyatsız təklifə də aid olduğunu bildirib. Belə ki, bu zaman alman təyyarələri digər ölkənin təyyarələrini vurmaq məcburiyyətində qalacaq və həmin vəziyyət Rusiya ilə müharibəyə gətirib çıxaracaq.

Qeyd edək ki, Almaniya hökumətinin başçısı həftənin əvvəlində Fransa Prezidenti ilə görüşdə Emmanuel Makronun Rusiya ərazisini vurmaq üçün Ukraynaya icazə verilməli olduğu barədə bəyanatına qarşı çıxmayaraq Kiyevin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.

Xəbər lenti