Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik-Qazaxstan” məlumat yayıb.
Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistanın müdafiə nazirləri iştirak edirlər.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.
Təşkilatın katibliyindən bildirilib ki, Ermənistan görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək.