Xəzər Xəbər

Ermənistanın daxili işlər naziri etirazçıların görüş tələbini rədd etdi

Dünya | 11:57 • 29 May 2024
Ermənistanın daxili işlər naziri etirazçıların görüş tələbini rədd etdi

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

Xezerxeber.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda sizinlə görüş təşkil edə bilmərik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər verəcəyik”, - o qeyd edib.

Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan onların qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.

Xəbər lenti