Şimali Koreya Cənubi Koreya tərəfinə məişət tullantıları ilə dolu onlarla hava şarı göndərib.
“Yonhap” agentliyi xəbər yayıb ki, hava şarlarına bərkidilmiş torbaların içərisində plastik şüşə, kağız parçaları, eləcə də digər tullantılar olub.
Qeyd edək ki, rəsmi Pxenyan Şimali Koreya əhalisi arasında ölkə əleyhinə vərəqələrin yayılmasına cavab olaraq analoji addımın atılacağının anonsunu hələ mayın 26-da verib.