Suriyalı zəvvarlar üçün 13 illik fasilədən sonra təyyarə uçuşları bərpa edilib. İlk təyyarə Dəməşqdən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yola düşüb.
"Sinxua" agentliyi xəbər yayıb ki, səlahiyyətlilər əksəriyyəti yaşlı olan zəvvarların səyahəti üçün lazımi hazırlıqların görüldüyünü bildirib.
Bu həftənin əvvəlində Səudiyyə Ərəbistanı hökuməti 2012-ci ildən bəri Suriyaya ilk səfirini təyin edib.
Qeyd edək ki, iki ölkə arasında əlaqələrin kəsildiyi dövrdə Həcc ziyarətinə getmək istəyən suriyalı zəvvarlar qonşu dövlətlərdən viza almalı idilər.