Xəzər Xəbər

Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq edilən vetonu ləğv edib

Dünya | 22:34 • 28 May 2024
Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq edilən vetonu ləğv edib

Bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xezerxeber.az xəbər verir ki, müzakirələrdən sonra vetonun ləğvi ilə bağlı səsvermə keçirilib.

İclasda iştirak edən deputatlardan 84 nəfəri vetonun ləğvinə, 4 nəfəri isə əleyhinə səs verib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoymuşdu.

Xəbər lenti

Çox oxunanlar