Xəzər Xəbər

Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib

Dünya | 15:33 • 26 May 2024
Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə 26 May - Müstəqillik Günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə ittiham edib.

Hökumət başçısı Gürcüstanın çətin problemlərlə üz-üzə olduğunu, xalq-hakimiyyət birliyi sayəsində təhlükələrin öhdəsindən gəlindiyini qeyd edib. 
"Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - Kobaxidze deyib.

Baş nazir Gürcüstanın və onun müstəqilliyinin bu gün də ən çətin problemlərlə üz-üzə olduğunu, lakin bu gün gürcü cəmiyyətinin müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəli olduğunu deyib. Kobaxidze rəhbərlik etdiyi hökumətin Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində dayandığını əlavə edib. (APA)

Xəbər lenti