Prezident səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Mohber daxil olmaqla, İranda hökumətinin icra, qanunverici və məhkəmə hakimiyyətlərinin başçıları iyunun 28-də keçiriləcək prezident seçkilərinə həsr olunmuş iclas keçiriblər.
Xezerxeber.az-ın Mehr-ə istinadən verdiyi xəbərə görə, Məhəmməd Mohber, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ecei prezident seçkilərinə hazırlıqla bağlı müzakirə aparıblar.
Daxili işlər naziri Əhməd Vahidi də iclasda iştirak edib. Daxili İşlər Nazirliyinə seçkilərdə lazımi fəallığın təmin edilməsi yönündə tədbirlər görmək tapşırılıb.