Xəzər Xəbər

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Dünya | 08:50 • 25 May 2024
ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Bayden Administrasiyası ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Xezerxeber.az-ın Müdafiə Departamentinə istinadən verdiyi məlumata görə, Ukraynanın təhlükəsizlik və müdafiə ehtiyacları üçün nəzərdə tutulmuş paketin həcmi 275 milyon dollar təşkil edir. Yeni yardım paketinə artilleriya sistemləri, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər, minalar, silahlar, həmin silahlar üçün avadanlıqlar və s. daxildir.

Son paketlə birlikdə ABŞ 2022-ci ilin fevralında başlamış müharibədən indiyədək Ukraynaya 51 milyard dollar hərbi yardım göstərib.

Xəbər lenti