ABŞ "Xarici təsir" qanununun qəbul edilməsinə cavab olaraq Gürcüstanla əlaqələrinin hərtərəfli şəkildə nəzərdən keçirməyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib.
"Mən bu gün ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli şəkildə nəzərdən keçirilməsini başladıram. Biz Gürcüstan liderlərinin qanun layihəsini yenidən nəzərdən keçirəcəyinə və öz xalqının demokratik və Avro-Atlantik istəkləri ilə irəliyə addım atacağına ümid edirik. Biz iki ölkə arasında əlaqələri gözdən keçirib öz qərarlarımızı qəbul edərkən Gürcüstanın fəaliyyətini nəzərə alacağıq", - bəyanatda qeyd edilib.