Ermənistanın Dövlət Gəlirləri İdarəsinin rəisi Rustam Badasyan və Avropa İttifaqının bu ölkədəki nümayəndəsi Vasilis Maraqos Türkiyə ilə sərhədə gedib.
Xezerxeber.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, səfər zamanı onlar sərhəddəki nəzarət-buraxılış məntəqəsinin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış olub.
Qeyd olunub ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti “vahid pəncərə” sisteminə uyğun olaraq təşkil ediləcək.