Rusiyanın ordusunun gün ərzində Xarkovu "S-300" raketləri ilə hədəfə alması nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb.
Xezerxeber.az yerli “Unian“a istinadən xəbərinə görə, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov şəhər meri İqor Terexovla birgə mətbuat konfransında bildirib.
O deyib ki, hava reydi zamanı mülki infrastruktura ciddi ziyan dəyib, habelə bir mətbəənin binası yararsız hala salınıb.