Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair 4 maddədən ibarət qanunu qəbul edib.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, qanunun birinci maddəsində xarici güclərin Fransanın ictimai həyatında iştirak edən aktorlarının qeydiyyatı, uçotunun aparılması tələb edilir. Layihənin müəllifləri analoji qanunların ABŞ və Böyük Britaniyada daha əvvəl qəbul edildiyini bildiriblər.
Qanunun ikinci maddəsində görə, hökumət ildə bir dəfə parlamentə xarici təhdidlərlə bağlı hesabat verməlidir.
Üçüncü maddə xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılmasını, texniki imkanları genişləndirməyi, həmçinin rəqəmsal məlumatların avtomatik emalını nəzərdə tutur.
Dördüncü maddədə xarici təsirlə mübarizə üçün monetar qanunvericiliyin dəyişdirilməsi, hesabların dondurulması prosedurunun əhatə dairəsinin genişləndirilməsi və maliyyə sanksiyaları nəzərdə tutulur.
Qanunun qüvvəyə minməsi üçün onu Fransa prezident təsdiqləməlidir.
Qeyd edək ki, yeni qanun əslində Fransanın dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada azadlıq hərəkatını boğmaq məqsədi güdür.