İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib.
Xezerxeber.az xəbər verir ki, görüşdə İran Prezidentinin vəzifələrini müvəqqəti icra edən Məhəmməd Moxber də iştirak edib.
Qeyd edək ki, Paşinyan helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və digərlərinin vida mərasimində iştirak etmək üçün İranda səfərdədir.