Mütəşəkkil cinayətkar qrup rəhbəri Türkiyə əsilli Barış Boyun və onun dəstə üzvləri İtaliyanın hüquq-mühafizə orqanları ilə İnterpolun birgə qrupunun keçirdiyi xüsusi əməliyyatda saxlanılıb.
Milan Prokurorluğunun qərarı ilə Viterbo və Siciliyada müxtəlif evlərə basqın edilib, Türkiyədə ən çox axtarışda olanlar sırasında göstərilən mafiya başçısı Barış Boyunun rəhbərlik etdiyi şəbəkə sıradan çıxarılıb. Antiterror əməliyyatı nəticəsində Türkiyə əsilli, lakin İtaliya, İsveçrə, Almaniya və Türkiyədə yaşayan 18 nəfərə qarşı həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər cinayətkar dəstə və terror məqsədləri ilə qruplaşma yaratmaqda, beynəlxalq narkotik ticarəti ilə məşğul olmaqda, terror aktları və müxtəlif qətllər törətməkdə ittiham olunur. (AZƏRTAC)