Ermənistanın Baş naziri Nikol Paşinyan 24 saat boyunca “Vətən Uğrunda Tavuş” hərəkatı və onun lideri Baqrat Qalstanyanın addımlarını canlı yayım vasitəsilə izləyir.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Hraparak“ qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Ermənistan hökumətinin başçısı B. Qalstanyanın çıxışları və mətbuata açıqlamalarını da diqqətlə müşahidə etdikdən sonra, hökumət üzvlərinə və ya hakim partiyanın rəhbərliyinə bu bəyanatlara reaksiya verilib-verilməməsi ilə bağlı tapşırıqlar göndərir.