Xəzər Xəbər

Ordu generalı prezident seçildi

Dünya | 08:50 • 22 May 2024
Ordu generalı prezident seçildi

Mayın 22-də Vyetnam Milli Assambleyası (parlament) ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı ölkənin yeni prezidenti seçib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Assambleyanın ofisinin rəhbəri Bui Van Kuonq məlumat verib.

Lamın Vyetnam prezidenti seçilməsi ilə bağlı qətnaməni iclasda iştirak edən 473 parlament üzvündən 472-si dəstəkləyib. Öz növbəsində, yeni seçilmiş prezident bütün strateji dövlət vəzifələrinin və hədəflərinin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bəyan edib.

Xəbər lenti